Braziliya yığmasının sabiq futbolçusu Adriano vida matçı təşkil edəcəyini açıqlayıb. Sport24.az "Mirror"a istinadən xəbər verir ki, 42 yaşlı keçmiş hücumçu Brazliya təmsilçisi "Flamenqo" və İtalıiya "İnter"i arasında keçiriləcək oyunda iştirak edəcək.

 

Matç dekabrın15-nə planlaşdırıllır. Adrtino hər iki komandanın formasını geyinəcək.

 

Qeyd edək ki, "İmperator" ləqəbli futbolçu karyerası ərzində İtaliyada "Roma", "İnter", "Fiorentina", "Parma", Braziliyada "Korintians", "Flamenqo", "Atletiko Paranense" klublarının formasını geyinib. Adrianonun son iş yeri ABŞ-nin "Mayami Yunayted" klubu olub. O, Braziliya millisində meydana çıxdığı 48 oyunda 27 qola imza atıb.