"Qalatasaray" Türkiyə Super Liqasının XXXIV turunda "Fənərbağça"nı məğlub edib – 3:0. Sport24.az xəbər verir ki, "cim-bom"un prezidenti Dursun Özbek derbi qələbəsinə görə komandaya 5 milyon avro mükafat ayırıb.

 

"Qalatasaray" çempionatda 74 xalla liderdir və sona 4 tur qalmış ikinci sıradakı "Fənərbağça"nı 7 xal qabaqlayır.