Misli Premyer Liqasının XXIX turunun "Turan Tovuz" – "Zirə" oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

 

– Pis oynamadıq. İlk hissədə çox güc sərf etdik. Fasilədən sonra futbolçularda yorğunluq hiss olundu. Bəzi əsas oyunçularımızın da yoxluğu oyuna təsir etdi. Uşaqlara yenə də təşəkkür edirəm.

 


– Demək olar, avrokuboklara vəsiqəni təmin etmisiniz. Növbəti oyunlarda gənclərə şans verməyi düşünmürsünüz? 

 

– Yerli gənc oyunçular özləri bu şanzı qazanmalıdır.