Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 29-cu tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, oyunlardan biri bölgədə, digəri isə paytaxtda keçiriləcək.

 

"Sabah" "doğma divarlar" arasında "Karvan-Yevlax"ı qəbul edir. Turnir cədvəlinin zirvəsində qərarlaşan meydan sahibləri çempionluq uğrunda mübarizə aparır və demək olar ki, böyük ölçüdə məqsədinə çatıb. Qonaqlar isə autsayderdi və elitada qalmağa çalışır. Heç şübhəsiz ki, kağız üzərində matçın favoriti "bayquşlar"dır. Ancaq Yevlax təmsilçisinin son iki görüşdə meydanı 3 xalla tərk etdiyini nəzərə alsaq, Füzuli Məmmədovun komandasının bu gün heç də asan təslim olacağını demək olmaz.

 

Qeyd edək ki, XXX turun oyunlarına mayın 2-də start veriləcək. 

 

Misli Premyer Liqası

III dövrə, XXIX tur

20:00. "Sabah" - "Karvan-Yevlax" 0:0 (Birinci hissə)

Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Masazır. "Bank Respublika Arena".

 

"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 99. Patrik Mbina 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 11. Kahim Parris 53. Andrey Santos 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas

"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 13. Vüsal Məsimov 17. Samir Abdullayev 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 8. Peter Kings 21. İmani Barker 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 16. Rauf Rüstəmli 20. Coy Sleyd Mikels 37. Mois Nqvisani 10. Samuel Durrant

Baş məşqçi: Füzuli Məmmədov