"Beşiktaş"ın hücumçusu Hyeon-gyu Oh karyerasını Rusiyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, 25 yaşlı cənubi koreyalı forvard "Spartak"ın(Moskva)maraq dairəsinə düşüb.

 

Tərəflər arasında mümkün transfer müzakirə olunur.

 

"Beşiktaş"la müqavilə müddəti 2029-cu ilin 30 iyun tarixinədək qüvvədə olan Oh, Cənubi Koreya millisinin də üzvüdür.

 

Hücumçu karyerası ərzində "Suvon", "Sanqmu", "Seltik" və "Genk" kimi klublarda çıxış edib.

 

Transferin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşə bilər.