Azərbaycan idmançıları Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanıb. Sport24.az xəbər verir ki, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında yığmanın nəticələri haqda bunları yazıb:

 

"Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanan komandamız tarixində növbəti parlaq səhifə yazdı. Bu nəticə ilə həm yunan-Roma, həm də sərbəst güləş millimiz Avropa çempionu oldu. Sərbəst güləşçilərimiz isə medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram".