Aprelin 30-u saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri "Neftçi"nin mobil tətbiqindən və https://bilet.neftchi.azsaytından onlayn şəkildə əldə etmək olar.

 

Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.


Qeyd edək ki, bundan əvvəl "Qarabağ"la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş ("bundle") azarkeşlərimizin bu matça girişi sərbəst olacaq.