"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının bombardirinə verilən "Qızıl buts" mükafatını təhvil alıb. Sport24.az xəbər verir ki, bu barədə fransalı futbolçunun özü sosial şəbəkədə məlumat verib.

 

2023/24 mövsümündə Kilian Mbappe PSJ-nin heyətində 8 qol vurub. Parislilər yarımfinala qədər irəliləyiblər. Yayda fransalı forvard "Real"a keçib.

 

"Həmişə olduğu kimi uğurlara daha çox acam. PSJ-dəki keçmiş komanda yoldaşlarıma və əməkdaşlara təşəkkür edirəm", – deyə Mbappe yazıb.