"Əl Nəsr" bu gün Asiya Çempionlar Liqasının qrup mərhələsinin I turunda İraqın "Əl Şorta" klubu ilə qarşılaşacaq.

Spor24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin hücumçusu Kriştiano Ronaldo oyunu buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı futbolçu virus infeksiyasına yoluxduğu üçün matçda iştirak etməyəcək.

 

"Əl Şorta" – "Əl Nəsr" oyunu saat 20:00-da start götürəcək.