Ukrayna millisinin və "Bornmut"un mərkəz müdafiəçisi İlya Zabarnıy klubunu dəyişməyə yaxındır. Sport24.az "Dinamo Kiyev Inside" teleqram kanalına istinadən xəbər verir ki, PSJ-yə keçidi alınmayan futbolçu İngiltərədə qala bilər.

 

"Bornmut"un istədiyi 70 milyon avronu ödəməyə hazır olan yeganə klub "Nyukasl"dır. Məşqçi Eddi Hou və klub sahibləri İlyanı öz heyətlərində görmək istəyirlər.

 

Qeyd edək ki, 22 yaşlı Zabarnıy 2024/2025 mövsümündə o, bütün turnirlərdə 39 oyun keçirib və bir məhsuldar ötürmə edib.