Donetsk "Şaxtyor"unun baş məşqçisi Arda Turan Türkiyə millisini çalışdırmaq təklifi alıb. Sport24.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vinçenso Montella hələ ki, Türkiyə yığmasının "sükanı arxasında" qalır. Ancaq hazırda Türkiyə Futbol Federasiyası onun yerinə mütəxəssis axtarışına çıxıb.
Qeyd edək ki, bu yay "Fənərbaxça" və "Beşiktaş" Turanla maraqlandıqlarını bildirsələr də, məşqçi bundan imtina edib. Onun əsas istəyi "böyük beşlik"də mübarizə aparan iddialı klublardan birini çalışdırmaqdır.