Misli Premyer Liqasında 2026/27 mövsümünün püşkü atılıb. Sport24.az xəbər verir ki, son çempion "Sabah"ın "Qarabağ"la ilk oyununun vaxtı da məlum olub.

 

Komandalar IX turda üz-üzə gələcək.

 

" Köhlən atlılar" ardıcıl iki çətin oyuna çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlcə "Neftçi"ni qəbul edəcək, daha sonra səfərdə "Sabah"la üz-üzə gələcək.

 

Çempionatda mövsümə avqustun 14-də start veriləcək.