Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma sentyabrın 23-də Tacikistanla üz-üzə gələcək.
Oyun "Palms Sports Arena"da baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.