Uzun müddət klubsuz qalan Yusif Nəbiyev yenidən karyerasını Premyer Liqada davam etdirməyə yaxındı. Sport24.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi "Kəpəz"lə danışıq aparır.

 

Daha əvvəl də Gəncə klubunun formasını geyinmiş futbolçu taleyinə qarşıdakı günlərdə aydınlıq gələcək.

 

Qeyd edək ki, Yusif fevraldan klubsuzdur. Onun son iş yeri "Səbail" olub. Nəbiyev karyerası ərzində "Qəbələ", "Sumqayıt", "Zirə", "Kəpəz"də forma geyinib.