Futbol üzrə Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün püşkü atılıb. Sport24.az xəbər verir ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və klub rəsmiləri iştirak edirlər.

 

Püşkatmadan sonra I turda üz-üzə gələcək komandalar dəqiqləşib.

 

Azərbaycan Premyer Liqası

 

I tur

 

"Araz-Naxçıvan" - "İmişli"

 

"Kəpəz" - "Sabah"

 

"Qarabağ" - "Şamaxı"

 

"Turan Tovuz" - ⁠"Qəbələ"

 

"Sumqayıt" - Neftçi"

 

"Zirə" - "Şəfa"

 

Xatırladaq ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.