Fransanın "Strasburq" klubu "Famalikan"ın müdafiəçisi İbrahima Banın transferi ilə bağlı razılıq əldə edib. Sport24.az xəbər verir ki, Bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib.

Liqa 1 təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi üçün 15 milyon avro əsas və 5 milyon avro bonus olmaqla ümumilikdə 20 milyon avro ödəyəcək. Futbolçu artıq tibbi müayinədən uğurla keçib və daimi olaraq "Strasburq"un heyətində qatılıb.

Qeyd edək ki, "Strasburq" və "Çelsi" eyni sahibi olan BlueCo şirkətinə məxsusdur. Bu səbəbdən İbrahima Banın gələcəkdə London klubuna keçid ehtimalı da nəzərdən keçirilir.