"Liverpul"un baş məşqçisi Andoni İraola Məhəmməd Salahın gedişindən sonra yeni cinah oyunçusu ilə müqavilə imzalamaq üzərində işlədiklərini təsdiq edib. Sport24.az xəbər verir ki, ispan mütəxəssis bu barədə "Stan Sport"a danışıb.

 

Lakin ispan məşqçi qeyd etdi ki, mersisaydlılar eyni keyfiyyətlərə malik oyunçu axtarmırlar.

 

"Bizə bu mövqedə oyunçu lazımdır, amma yəqin ki, fərqli keyfiyyətlərə malik olmalıdır. Onun Məhəmməd Salahla eyni güclü tərəflərə sahib olması mütləq deyil. O, komandanı fərqli cəhətdən gücləndirə bilər və biz mütləq bunun üzərində işləyirik", - İraola bildirib.

 

Qeyd edək ki, İraola bu yay "Liverpul"un "sükanı arxasına" keçib.