"Liverpul" yarımmüdafiəçisi Dominik Szoboszlayla yeni uzunmüddətli müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, Macarıstan millisinin üzvü ilə bağlanan yeni sözləşmə 2031-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Klub rəhbərliyi 24 yaşlı futbolçunu komandanın həm bu günü, həm də gələcəyi üçün əsas simalardan biri hesab edir. Yeni müqavilədən sonra Szoboszlay "Liverpul"un ən çox maaş alan futbolçuları sırasına yüksəlib.

Klubun yaxın saatlarda bu barədə rəsmi açıqlama yayacağı gözlənilir.