"Real" keçmiş yarımmüdafiəçisi Uesli Sneyder "Barselona"nın 18 yaşlı oyunçusu Lamin Yamal ilə "Barselona"nın keçmiş hücumçusu Lionel Messi arasında müqayisə aparıb. Sport24.az xəbər verir ki, veteran futbolçu bununla bağlı "Adventure Gamers" portalına açıqlama verib:

 

"Lamin Yamalın nə vaxtsa yeni Messi ola biləcəyi barədə söhbətlər gedirdi və indi "Barselona"dakı Yamal yeni Messidir. Klub onu heç vaxt heç hara buraxmayacaq və düşünürəm ki, bu oğlan da heç vaxt getmək istəməyəcək. Yamal Messinin səviyyəsinə çata və ya hətta onu keçə biləcəkmi? Bu mümkündür. Lamin hər il inkişaf edir və o, artıq çox yüksək səviyyədədir".

 

Qeyd edək ki, Messi 2000-ci ildən 2021-ci ilə qədər "Barselona"da oynayıb. Hücumçu Kataloniya klubunda olarkən yeddi "Qızıl top" qazanıb.