"Mançester Yunayted"in keçmiş futbolçusu Rayan Giqqz Kriştiano Ronaldo birgə oynadığı günləri yada salıb. Sport24.az xəbər verir ki, uelsli veteran bu barədə Rio Ferdinandın aparıcı olduğu verilişdə danışıb:
"O, çox yaxşı idi. Sadəcə, ən yaxşı. Bir dəfə məşqdə sürüşmə fəndi ilə topu ondan aldım ki, bu da Aleks Fergüsonu qəzəbləndirdi. Buna qarşılıq "mən sadəcə topu aldım" desəm də, baş məşqçimiz "bilirəm, amma onun qayğısına qal. O, xüsusi futbolçudur" söylədi.
Giqqz və Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də birgə çıxış ediblər.