UEFA Super Kuboku uğrunda oyuna ev sahibliyi etmək hüququ Rusiyanın Kazan şəhərindən alınıb.

Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, builki qarşılaşma Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Görüş avqustun 16-da təşkil olunacaq. Qarşılaşma "Georgios Karaiskakis" stadionunda baş tutacaq.

Kazan 2023-cü ildə keçiriləcək UEFA superkuboku matçına ev sahibliyi etmək hüququnu iki il əvvəl almışdı. Bu, Rusiyada keçirilən ilk Avropa superkuboku ola bilərdi.

Xatırladaq ki, UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyada öz bayrağı altında hansısa matçın və ya turnirin keçirilməsinə qadağa qoyub. Bu ölkənin yığma komandaları və klubları isə bütün beynəlxalq yarışlardan kənarlaşdırılıblar.