UEFA Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tövsiyələrinə baxmayaraq, Rusiya komandalarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil. Sport24.az xəbər verir ki, bu barədə RTE məlumat yayıb.
Bir müddət əvvəl BOK fərdi və komanda idman növlərində iştirak edən gənc rusiyalı və belaruslu idmançılara qarşı sanksiyaların ləğv edildiyini elan etmiş və onların milli bayraq və himn altında beynəlxalq yarışlara buraxılmasını tələb etmişdi.
Lakin, UEFA-nın yüksək vəzifəli rəsmiləri hesab edirlər ki, Rusiya yalnız Ukraynadakı hərbi münaqişə ilə bağlı sülh müqaviləsi bağlandıqdan sonra dünya səhnəsinə qayıda bilər.
Qeyd edək ki, Rusiya komandaları 2022-ci ildə siyasi səbəblərə görə FİFA və UEFA-nın bayrağı altında kçeirilən beynəlxalq yarışlardan kənarlaşdırılıb.