"Real" 23 yaşlı yarımmüdafiəçi Eduardo Kamavinqanı satmağı düşünür. Sport24.az "Defensa Central"a istinadən xəbər verir ki, "Kral klubu" 100 milyon avroya yaxın təklifləri nəzərdən keçirməyə hazırdır.

 

Mənbənin sözlərinə görə, fransız futbolçu bu mövsüm səhhətindəki problemlərin geridə qaldığını sübut edə bilər. "Real" Kamavinqanın satışından əldə edilən gəliri digər yarımmüdafiəçilərin alınmasına yönəltməyi planlaşdırır. 

 

Qeyd edək ki, yarımmüdafiəçi bu ilin avqustundan bəri ayaındakı problem səbəbindən 48 gün meydandan kənarda qalıb. Bu mövsüm Kamavinqa bütün yarışlarda 15 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.