Niderland Eredeviziyasında 16-cı turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, millimizin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu "Volendam" səfərdə "Qroninqen"lə üz-üzə gəlib.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü matça start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Volendam" 16 turdan sonra 14 xalla 15-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu Niderland kubokunda "doğma divalar" arasında "Genemuiden"ə qarşı keçirəcək.