Fransalı yarımmüdafiəçi Eduardo Kamavinqa yay "transfer pəncərə"sində "Real"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Football İnsider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, İngiltərənin "Liverpul" klubu 23 yaşlı yarımmüdafiəçiyə əsas maraq göstərən komandalar sırasındadır. "Mersisayd" təmsilçisi yeni mövsüm öncəsi orta xətti gücləndirməyi planlaşdırır. "Kral klubu" isə futbolçunu satmağa qarşı deyil və onun üçün ödənilən məbləği geri qaytarmaq, hətta əlavə gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, "Real" Eduardo Kamvinqanı 2021-ci ilin yayında 34 milyon avroya "Renn"dən transfer edmişdi. Fransalı futbolçu bu mövsüm bütün turnirlərdə Madrid klubunun heyətində 32 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.