İran Futbol Federasiyası DÇ-2026-nın oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ölkənin Meksikadakı səfirliyindən bildirib:
"ABŞ prezidenti Donald Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə bildirdiyindən, biz qəti şəkildə ABŞ-a səfər etməyəcəyik.
Dünya Kuboku oyunlarının Meksikada keçirilməsi ilə bağlı FIFA ilə danışıqlar aparırıq".
Qeyd edək ki, İran millisi qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməlidir. Komanda Belçika, Misir və Yeni Zelandiya ilə bir birgə G qrupunda yer alıb.