İtalyanın "İnter" və "Milan" klubları "Mançester Siti"nin futbolçusu Natan Akeni heyətlərinə qatmaq istəyirlər. Sport24.az xəbər verir ki bu barədə "Caught Offside" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Milan" təcrübəli oyunçu axtarışında olduğu üçün bu transferə xüsusi önəm verir. "İnter" isə futbolçunun çoxyönlü olmasını komanda üçün əlavə üstünlük kimi dəyərləndirir.

Qeyd edək ki, Natan Akenin "Mançester Siti" ilə mövcud müqaviləsi gələn ilin yayına qədərdir. Niderlandlı futbolçu bu mövüm "şəhərlilər"in heyətində 25 rəsmi matçda iştirak edib.