"Zirə"nin futbolçusu Rikardo Martins Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik millisinə dəvət alıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səbəbdən o, Misli Premyer Liqasının 15-ci turunda "İmişli"yə qarşı matçda iştirak edə bilməyəcək.

 

 

Yarımmüdafiəçi sabah yığmanın düşərgəsinə qoşulacaq.