Fransa millisinin və "Bavariya"nın müdafiəçisi Dayot Upamekano karyerasını Səudiyyə Ərəbistanı liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Əl-Hilal" 27 yaşlı futbolçunu heyətinə qatmağı planlaşıdırır.
Riyad təmsilçisi fransız müdafiəçi üçün indidən hərəkətə keçib. Upamekanonun Almaniya nəhəngi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Fransa millisinin üzvü "Zaltsburq", "Leyptsiq" klublarında oynadıqdan sonra 2021-ci ildə "Bavariya"ya keçmişdi.