Albaniyada Superliqanın 16-cı turunun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" doğma meydanda "Flamurtari"ni 2:1 hesabı ilə məğlub edib.
Qarşılaşmaya start heyətdə başlayan Vüsal İsgəndərli 33-cü dəqiqədə hesabı açaraq komandasının qələbəsinə mühüm töhfə verib. Azərbaycanlı futbolçu matçı sona qədər meydanda keçirib.
Qeyd edək ki, qələbə sayəsində xallarını 23-ə çatdıran "Partizani" hazırda turnir cədvəlində 6-cı pillədədir.