Qətərdə keçirilən 2025 FIFA Qitələrarası Kubokunun finalında Fransa nəhəngi PSJ ilə Braziliya təmsilçisi "Flamenqo" qarşılaşacaq. Sport24.az xəbər verir ki, pley-off mərhələsində Misir təmsilçisi "Pyramids"i 2:0 hesabı ilə məğlub edən "Flamenqo" finala yüksəlib.

 

Qeyd edək ki, final görüşü dekabrın 17-də "Əl-Rayyan" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.