Ölkəmiz Avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən UEFA reytinqində bir pillə irəliləyib. Sport24.az xəbər verir ki, 23-cü sırada yer alan Azərbaycanın əmsalı 18,375-dir.
0,625 xal qazanan Azərbaycana Rusiyanı (18,299) bir pillə geridə qoyub. 19,500 xalla Macarıstan 22-ci yerdə qərarlaşıb.
Reytinq siyahısında birincilik İngiltərəyə (89.160) məxsusdur.