FİFA prezidenti Canni İnfantino Klublararası Dünya Kubokunda yarışan komandaların sayını, eləcə də turnirin tezliyini artırmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə isə UEFA rəhbərliyi bu planının əleyhinədir. Qitə futbol qurumu Avropa komandalarının sayının potensial artmasından narazılığını bildirib.
Qeyd edək ki, keçən il turnirdə 12 Avropa klubu iştirak edib və "Çelsi" finalda PSJ-ni 3-0 hesabı ilə məğlub edərək Klublararası Dünya Kubokunu qazanıb.