Müqavilə ilə "Tottenhem"ə məxsus olan, ancaq cari mövsümdə icarə əsasında "Hamburq"un formasını geyinən müdafiəçi Luka Vuşkoviç "barselona"nın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
19 yaşlı futbolçunun agenti Kataloniya klubunun prezidenti Joan Laporta ilə yaxşı münasibətləri olan Pini Zahavidir.
Mənbənin sözlərinə görə, London klubu xorvatiyalı futbolçunu saxlamaq niyyətindədir. "Barselona" isə xorvatiyalıya görə 40 milyon avrosundan keçməyə hazırdır. Hans-Diter Flik də Vuşkoviçi komandasında görmək istəyir.
Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.