Almaniyanın idman nəhəngi "adidas" ilə Çempionlar Liqası arasındakı tərəfdaşlıq 25 ildən sonra başa çata bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Alman şirkəti 2001-ci ildən bəri Çempionlar Liqasının rəsmi sponsorudur və bu müddət ərzində üç zolaqlı loqotip turnirin ayrılmaz hissəsinə çevrilib. Lakin UEFA gəlirləri artırmaq üçün top təchizatçısını dəyişdirməyi düşünür. Mənbənin məlumatına görə, idman sənayesində söz sahibi olan bir neçə böyük şirkət tenderdə iştirak etməkdə maraqlı olduğunu bildirib.

 

"Adidas" isə mövcud müqaviləsini qorumağa ümid edir. Ancaq bu yolda onu ciddi rəqabət gözləyir. Amerika korporasiyası "Nike" və Almaniya şirkəti "Puma" tenderə qoşulmağa qərar verib.