"Real"ın keçmiş oyunçusu Eden Azar Lionel Messi və Kriştiano Ronaldo haqqında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, belçikalı veteran futbolçu bununla bağlı RTBF-ə verdiyi müsahibədə danışıb:

 

"Mən həmişə Messini seçmişəm, çünki onun oynadığı futbol mənim sevdiyim futboldur. "real" azarkeşi olduğuma görə, Kriştiano da deyə bilərdim. Amma Kriştiano daha çox əla qoleador, güclü xarakterə malik inanılmaz idmançıdır. Messinin futbolu isə mənim stilimdir.

Ona qarşı oynayanda bir məqamda sadəcə "vau" deyirsən. Biz şanslıyıq ki, onun oyununu təxminən 20 il canlı izləyə biləcəyimiz bir dövrdə doğulmuşuq".

 

Qeyd edək ki, Azar artıq karyerasını bitirib, Messi və Ronaldo isə oynamağa davam edirlər.