Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

 

Günün ilk qarşılaşması Qubada keçiriləcək. "İmişli" "Sabah"ı qonaq edir. Nominal meydan sahiblərinin üzərində heç bir təzyiq yoxdur. "Pələnglər" nə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır, nə də elitadan düşmə təhlükəsi var. Bu üzdən komanda futboldan ləzzət almaq və azarkeşlərini sevindirmək üçün meydana çıxır. Qonaqlar üçün isə hər xal qızıldan qiymətlidir. "Bayquşlar" çempionluq uğrunda "Qarabağ"la ciddi rəqabət aparır və xal itgisinə yol verməyi düşünmür.

 

Qeyd edək oyunun start fiti saat 15:00-da səslənəcək.

 

Misli Premyer Liqası

III dövrə, XXIV tur

15:00. "İmişli" - "Sabah"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Quba. OİK stadionu.