Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxacaq. Sport24.az xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 12:10-da start götürəcək.

 

Ötən gün Kanadaya uduzan (10:16) yığmamız Tailandı (21:8) məğlub edib. Qrupda isə ilk iki pilləni tutan komandalar yarımfinala yüksələcək. 

 

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.