"Napoli" hücumçusu Rasmus Heylundla yola davam etmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə Neapol klubunun idman direktoru Covanni Mannan İtaliya mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, müqavilə ilə "Mançester Yunayted"ə məxsus forvard "Napoli"də qalacaq:
"Heç şübhəsiz ki, Rasmus qalacaq. Çempionlar Liqasına vəsiqə qazansaq, onu "Mançester Yunayted"dən almağa borcluyuq. O, planlarımızın bir hissəsidir".
"Qırmızı Şeytanlar" hücumçunun İtaliya təmsilçisinə satışından 44 milyon avro qazanacaq.
Qeyd edək ki, Heylund bu mövsüm A Seriyasında 24 oyunda meydana çıxıb və 9 qol vurub.