Türkiyə millisinin futbolçusu Salih Özcan karyerasını ölkəsində davam etdirə bilər. Sport24.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Fənərbaxça" və "Qalatasaray"dan gələn təklifləri gözdən keçirəcək.
İstanbul təmsilçiləri Özcanı qışda transferi reallaşdırmağı planlaşdırır. Onun "Borussiya" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
"Köln", "Holşteyn Kiel", "Volfsburq" klublarında da oynamış Salih 2022-ci ildən "Borussiya"nın formasını geyinir.