"Globe Soccer" - ilin ən yaxşı klubu mükafatına namizədlər məlum olub. Sport24.az xəbər verir ki, siyahıda 16 klub var. Maraqlıdır ki, siyahıda ötən ilin ən yaxşı klubu seçilən "Real" yoxdur.
Namizədlər aşağıdakılardır:
"Əl-Əhli" (Səudiyyə Ərəbistanı), "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Kristal Pelas" (İngiltərə), "Flamenqo" (Braziliya), "İnter" (İtaliya), "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Nyukasl" (İngiltərə), "Palmeyras" (Braziliya), PSJ (Fransa), PSV (Niderland), "Piramids" (Misir), "Sportinq" (Portuqaliya), "Tottenhem" (İngiltərə)
Qeyd edək ki, sayca 16-cı "Globe Soccer" mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək.