"Neftçi" və "Sumqayıt"ın oyunçuları Sessi D'Almeida və Əbdül-Rəşid Mouminin formasını geyindiyi Benin millisi Burkina Faso ilə yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, matç Beninin 0-3 hesablı məğlubiyyəti ilə başa çatıb.
D'Almeida və Moumini 90 dəqiqəni əvəzolunmadan keçiriblər.
Qeyd edək ki, Benin millisinə dəvət alan "Araz-Naxçıvan"ın şərəfini qoruyan Felipe Santos isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.