"Cenoa"nın müdafiəçisi Bruk Norton-Kaffi İtaliya A Seriyasında klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

 

Norton-Kaffi Milan klubunun qış transfer pəncərəsi üçün müdaffiə mövqeyinə əsas hədəflərindən biridir. "İnter" 21 yaaşlı sağ cinah müdafiəçisini yanvar ayında heeyətinə qatmağa çalışacaq.

 

Qeyd edək ki, "Cenoa" Bruk Norton-Kaffini 2024-cü ilin yayında "Arsenal"dan 2 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.