UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Napoli" - "Qarabağ" oyununun statistikası açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bu, komandalar arasında ilk avrokubok matçı olacaq. İtaliya təmsilçisi tarixində ilk dəfə Azərbaycan klubu ilə üz-üzə gələcək.

Neapollular son 19 Çempionlar Liqası matçından yalnız birində evdə məğlub olublar. 11 qarşılaşmada qələbə, 7 görüşdə heç-heçə qeydə alınıb.

Əvvəlki turda Almaniyanın "Ayntraxt" komandası ilə qolsuz heç-heçə edən kollektiv "Qarabağ"la görüşdə rəqib qapısına yol tapa bilməsə, antirekorda imza atacaq. Seria A təmsilçisinin qitənin bir nömrəli klub turnirində ardıcıl iki oyunda qolsuz qaldığı vaxt olmayıb.

"Qarabağ" indiyədək İtaliya klubları ilə UEFA turnirlərində indiyədək 6 dəfə qarşılaşıb. Bunların 1-də heç-heçə, 5-də məğlubiyyət qeydə alınıb.

Azərbaycan çempionunun futbolçusu Leandro Andrade son yeddi avrokubok matçının 5-də qol vurub. "Köhlən atlar" bu mövsüm UEFA turnirlərində keçirdiyi 10 oyunun yalnız ikisində (7 qələbə, 1 heç-heçə).

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 15-də keçiriləcək.