"Atalanta"nın mərkəzi yarımmüdafiəçisi Teun Koopmeiners "Yuventus"un əsas hədəflərindən biri olaraq qalır. Sport24.az xəbər verir ki, "ağ-qaralar"bu gün "Atalanta"ya 45 milyon avro təklif göndərib.

 

"Atalanta"nın bu təklifi qəbul etməsi və yarımmüdafiəçinin transferi üçün son razılığı verməsi gözlənilir. Oyunçu artıq klubun rəhbərliyinə "Yuventus"a qoşulmaq istədiyini bildirib.

 

Koopmeiners keçən Seriya A mövsümündə 34 matçda 12 qol vurub və 5 asist edib.