"Yuventus" rəhbərliyi müdafiəçi Pyer Kalulu ilə əməkdaşlığı uzunmüddətli etmək niyyətindədir. Sport24.az "Corriere Dello Sport"a istinadən xəbər verir ki, Turin klubu fransalı futbolçuya 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.

​Hazırda tərəflər arasında maaşla bağlı danışıqlar davam edir. Lakin "qoca sinyora" bu məsələdə tələsməlidir. Çünki Kaluluya İngiltərə Premyer Liqasından da ciddi maraq var. Xüsusilə "Mançester Yunayted"in 25 yaşlı müdafiəçinin vəziyyətini yaxından izləyir.

Qeyd edək ki, Turin klubu Kalulunu ötən yay "Milan"dan 3 milyon avro qarşılığında icarəyə götürmüşdü. Müqavilədə nəzərdə tutulan 16 milyon avroluq satınalma maddəsi daha sonra aktivləşdirilib və o, tamhüquqlu şəkildə "Yuventus"un oyunçusu olub.