İran kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Traktor" bu mərhələdə "Zobahan"la qarşılaşıb.

 

Təbrizdə baş tutan bu oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında 3:1 hesabıyla üstün olan "Traktor" 1/4 finala yüksəlib.