"Tottenhem"in hücumçusu Rişarlison "Trabzonspor"la razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, braziliyalı futbolçu Türkiyə klubunda İngiltərədə aldığından 3 dəfə artıq məvacib alacaq.

 

"Tottenhem" türklərin artıq 15 milyon və 20 milyon funt sterlinq dəyərində iki təklifini rədd edib. Türkiyə klubu braziliyalı futbolçunu prioritet hədəf hesab edir və müqaviləni tamamlamağa hazırlaşır.

 

Qeyd edək ki, Rişarlison ötən mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu baş məşqçi Roberto De Zerbinin planlarında yoxdur və klubdan ayrılmağa hazırlaşır. O,  cari "futbol ili"ndə "Tottenhem"in heyətində meydana çıxmayıb.