Türkiyə Super Liqasının XXII turunda keçiriləcək "Trabzonspor" – "Beşiktaş" oyununun baş hakimi açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Qarşılaşmanı Halil Umut Meler idarə edəcək. Görüş fevralın 14-də saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, "Fənərbaxça" 49 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Aktivində 45 xalı olan "Trabzonspor" isə üçüncü sıradadır.