"Tottenhem" "Real"ın mərkəz müdafiəçisi Antonio Rudiger ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes-in Spanish" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 32 yaşlı futbolçunun yayda müqaviləsi başa çatacaq və "Tottenhem" oyunçunu həmin vaxt pulsuz transfer etməyə çalışacaq.

Qeyd edək ki, Rudiger 2022-ci ilin yayında "Real" keçib. O müddət ərzində müxtəlif turnirlərdə 165 rəsmi oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.